“Mançester Siti” İngiltərənin digər təmsilçisi “Tottenhem”in futbolçusu Harri Keyni transfer edə bilər.
Offsideplus.az xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola rəhbərlikdən hücumçunu almağı xahiş edib.
İspan mütəxəssis klubla yeni müqavilə imzalamazdan öncə Keynin transferini gündəmə gətirib. 2023-cü ilin yayına qədər Mançesterdə qalacağı dəqiqləşən Qvardiola hücum xəttində bombardir keyfiyyətləri çox yüksək olan Harrini görmək istəyir.
Qeyd edək ki, cari mövsüm 9 oyunda 7 qol vuran Keynin London təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.