"Arsenal"ın noyabrın 19-na təsadüf edən məşqində qan tökülüb.
İki futbolçunun top uğrunda mübarizəsi sonucunda ispan oyunçunu üzü qana bulanmış halda yerə sərilib.
Offsideplus.az "eurosport"a istinadla xəbər verir ki, hadisə David Luislə Dani Sebalyos arasında baş verib. Adi məşq epizodunda David topu ondan almaq istəyən Daninin üzünə dirsəklə zərbə endirib. Dərhal yerə yıxılan ispan futbolçu üzündəki qanı görüncə, ayağa qalxaraq braziliyalı komanda yoldaşına hücum edib. Komanda üzvləri futbolçuları aralamağı bacarsa da, qarşılıqlı söyüş və təhqirlər "göydə" uçuşub. Nəticədə baş məşqçi Mikel Arteta hər ikisini məşqdən uzaqlaşdırıb.
Hadisənin İngiltərə mətbuatında işıqlandırılması Artetanı özündən çıxarıb. Baş məşqçi komandada media ilə "işləyən" futbolçuların izinə düşüb.