İngiltərə Premyer Liqası təmsilçisi koreyalı futbolçusu Hin Min Son ilə müqaviləsini yeniləməyi düşünür.

Offsideplus.az xəbər verir ki, yeni müqavilə ilə həftədə 200 000 funt sterlinq qazanacaq. Razılaşmanın müddəti 5 illik olacaq. Sonun "Tottenhem"lə hazırki anlaşması 2023-cü ilə qədər davam edir. 

Qeyd edək ki, 2015-ci ildən bəri "Tottenhem"də çıxış edən Hin Min Son çıxdığı 252 oyunda 95 qol vurub, 52 ötürmə verib.