"Mavi"lərin sabiq hücumçusu Cimmi Floyd Premyer Liqa nəhənginin əlavə yardıma ehtiyacı olduğunu düşünür.
Offsideplus.az xəbər verir ki, Türkiyə millisi və "Lester" klubunun üzvü Çağlar Söyüncünü "Çelsi"də görmək istəyir. Cimmi Floyd qeyd edib ki, türkiyəli futbolçu "zadəganlar"a yaraşardı:
"Çox adam Kalidu Kulibalinin transfer edilməsini gözləyir. Onun 29 yaşı var və məncə, yaşına görə çox bahalıdır. Mənə qalsa, "Lester"in müdafiəçisi Çağlar Söyüncünü seçərdim. Düşünürəm ki, o, "Çelsi"də çox yaxşı olardı".