"Real"ın hücumameyilli yarımmüdafiəçisi İskonun "Everton"a keçidi gündəmə çevrilmişdi. Məsələyə Karlo Ançelotti aydınlıq gətirdi.

Offsideplus.az DIRECTV Sports Co-ya istinadən xəbər verir ki, "Everton"un baş məşqçisi ispaniyalı ulduz ilə bağlı söz-söhbətləri təkzib edib. Ançelotti "Everton"un İsko ilə maraqlanması xəbərinin tamamilə "cəgəngiyyat" olduğunu deyib:

"İskonu "Everton"a gətirmək xəbərləri doğru deyil. Hələ qış transfer pəncərəsi üçün danışıqlara başlamamışıq. Necə deyərlər, bu məsələ tamamilə cəfəngiyyatdır",