"Mançester Yunayted" əvəzedici qapıçısı Din Hendersonu icarəyə vermək istəyir.

Offsideplus.az 90min-a istinadən xəbər verir ki, klub bu barədə Şotlandiya təmsilçisi "Seltik" ilə danışıqlara başlayıb. Bir il üçün nəzərdə tutulan icarənin yanvar ayında baş tutacağı gözlənilir.

"Mançester Yunayted" 23 yaşlı futbolçunu icarəyə verməklə daha çox oyuna çıxmasına şərait yaratmaq niyyətindədir.