Hazırda "Aston Villa"da Din Smitin köməkçisi kimi çalışan Con Terri yaxın günlərdə baş məşqçi postuna yiyələnə bilər.
Lakin söhbət "Aston Villa"dan yox, "Derbi"dən gedir.
Offsideplus.az xəbər verir ki, adıçəkilən klubun rəhbərliyi "Çelsi"nin və İngiltərə millisinin sabiq futbolçusunun xidmətində maraqlıdır. Terrinin özü də təklifə isti yanaşır. Çünki baş məşqçi olmaq istəyir.
Qeyd edək ki, Filip Kokunun noyabrın 14-də postunu tərk etməsindən sonra "Derbi"də baş məşqçi səlahiyyətlərini müvəqqəti Ueyn Runi yerinə yetirir.