Belçika millisinin üzvü Romelu Lukaku sabiq komanda yoldaşı Markus Reşforda tərif yağdırıb.
Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, Lukaku "qırmızı şeytan"ların hücumçusunun həmişə doğru şeyi etməyə çalışdığı üçün böyük hörmətə layiq olduğunu deyib.
Markus Reşford pandemiya dövründə məktəbli şagirdlərə pulsuz yemək verilməsi uğrunda kampaniya başladıb.
Qeyd edək ki, Romelu Lukaku 2017-19-cu illərdə "Mançester Yunayted"də çıxış edib.