İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu ada “Tottenhem”in yarımmüdafiəçisi Son Xın Min layiq görülüb. Cənubi koreyalı hücumameyilli oyunçu oktyabrda meydana çıxdığı 3 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.