"Everton"un baş məşqçisi Karlo Ançelotti kolumbiyalı yarımmüdafiəçi ilə birgə çalışmaqdan nə qədər məmnun olduğunu dilə gətirib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis Xames Rodriqezin "Everton"da nəhayət "doğru yer"i tapdığını bildirib.
"Hər şeydən əvvəl o daha çox oynaya biləcəyi kluba keçmək istəyirdi. "Real"da oyunlara çıxmadığı çox olub. O yenilik istəyirdi, oynayacağına inamı qalmamışdı. Məncə o artıq "doğru yer"i tapıb: o məni tanıyır, mən də onu".
Qeyd edək ki, Xames 2014-cü ildə 83 milyon dollar məbləği qarşılığında "Monako"dan "Real"a keçmişdi. Kolumbiyalı La Liqada keçirdiyi 6 ildən sonra bu il "Everton"a transfer olub.