“Liverpul”un zədəli futbolçusu Trent Aleksander-Arnold azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın son turunda “Mançester Siti” ilə oyunda (1:1) zədələnən 
22 yaşlı futbolçunun Mersisayd klubunun noyabrda keçirəcəyi oyunları buraxacağı dəqiqdir. Onun dekabrın əvvəllərindəki oyunlarda iştirakı isə şübhəlidir. Bundan başqa, o, İngiltərə millisinin düşərgəsinə də qatıla bilməyəcək.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 11 oyunda iştirak edib.