"Liverpul" zədəli futbolçusu Vircil Van Deykin yerinə "Börnli"nin futbolçusunu gətirməyi planlaşdırır.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, Ceyms Tarkovski "qırmızılar"ın transfer hədəfindədir. "Liverpul" 27 yaşlı müdafiəçini qış transfer pəncərəsində heyətinə qata bilər.

Bundan əlavə, Co Qomezin hələ bir müddət Van Deykin yerini doldura biləcəyi qeyd olunur.