İngiltərə Premyer Liqasının 8-ci turunda "Liverpul" səfərdə "Mançester Siti" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurqen Klopp oyun strategiyasından bəhs edib.  53 yaşlı mütəxəssis "mükəmməl birlik" və "cəsarət"lə "Siti" üzərində qələbə çalacaqlarını bildirib:

"Oyundakı rəqanbətə hazır olmalıyıq. Buna görə də, mükəmməl birliyə sahib olmalı, cəsarət dolu oyun sərgiləmək lazımdır. Öz oyumuzu oynasaq, onlara çətin anlar yaşadacağıq".

Qeyd edək ki, "Siti" - "Liverpul" qarşılaşması bu gün saat 20:30-da başlayacaq.