"Real Madrid"in sabiq futbolçusu Xames Rodriqez duyğusal açıqlamala verib.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi "Everton"un baş məşqçisi Karlo Ançelotti haqqında danışıb. Xames bildirib ki, heç kəs ona inanmayanda, Ançelotti inanıb və buna görə ona çox minnatdardır:
"Heç kəs mənə güvənməyəndə, hər ikisi ("Everton" və Karlo Ançelotti) mənə inandı. Kluba və Karloya həmişə minnətdar olacam. Buna görə hər oyun əlimdən gələnin ən yaxşısını edirəm. Komanda üçün ancaq ən yaxşısını istəyirəm".
Qeyd edək ki, Xames Rodriqez bu mövsüm "Everton"da 3 ötürmə edib, 3 qolla yadda qalıb.