“Everton”un qapıçısı Cordan Pikford özünün və ailəsinin təhlükəsiziliyi üçün narahat olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Pikford “Liverpul”un futbolçusu Vircil van Deyki zədələdikdən sonra təhdidlə üzləşib.

Naməlum şəxslər onu ölümlə hədələyirlər. Bu təhdidlərdən sonra özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün qapıçı cangüdən tutub. Polis isə onu təhdid edənlərin axtarışına başlayıb.

Van Deyk ön diz bağları qırıldığı üçün mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

"Everton" - "Liverpul" görüşü 2:2 başa çatıb. Matçın 11-ci dəqiqəsində Pikfordla toqquşmadan sonra zədələnən van Deyk meydanı tərk emək məcburiyyətində qalıb. Epizoddan öncə oyundan kənar vəziyyət qeydə alındığı üçün baş hakim qapıçını cəzalandırmayıb.