İngiltərə Premyer Liqası klubu futbolçusu Şkodran Mustafiyə yeni razılaşma təklif edib.

Offsideplus.az Football.London.-a istinadən xəbər verir ki, Mustafi "Arsenal"ın yeni anlaşma təklifini geri çevirib. 28 yaşlı müdafiəçi mövsümün sonunda klubdan ayrılmağı planlaşdırır. 

Almaniya millisinin üzvü iyul ayında zədələnməmişdən əvvəl ötən mövsümün ikinci yarısında əsas heyətdə yaxşı çıxış edirdi. Hazırda formada olsa da, Mustafi "topçular"a yeni müqavilə imzalamaq istəmədiyini bildirib.

Qeyd edək ki, Şkodran Mustafi 2016-cı ildə "Valensiya" klubundan "Arsenal"a keçib.