Dünən Çempionlar Liqasında "Tottenhem"in LASK üzrəində 3:0 hesablı qələbəsinin ardından baş məşqçi Mourinyo futbolçularını tərifləyib.
Offsideplus.az xəbər verir ki, Joze Mourinyo başından zədələnən Pyer-Emil Hoybyerqi zarafatca komandanın "Zidan"ı adlandırıb. 21-ci dəqiqədə zədələnən futbolçu sonradan başına tikiş qoyulmasını tələb edib və başı sarğılı halda meydana geri qayıdıb. Danimarka millisinin üzvünün oyun ruhuna heyran qalan Mourinyo sonradan futbolçusuna təriflər yağdırıb:
"İlk hissədə gülməkdən az qala öləcəkdik, onu "Zidan" adlandırırdıq. Bu çox yaxşı hərəkətdir, amma bir daha təkrarlama, Pyer!"
"O çox yaxşı oyunçu, əla lider və sarğısız kapitandır", - deyə Mourinyo qeyd edib.