"Liverpul"un baş məşqçisi Yürqen Klopp zədəli oyunçusu barədə bəzi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Vircil Van Deykin müalicəsi dövründə "Liverpul" klubu və heyətindən istənilən yardımı görəcəyinə zəmanət verib. Klopp "Liverpul"un yoldaşı həbsdə olan qadın kimi Van Deykin yolunu gözləyəcəyini bildirib.

"Belə anlarda futbolçular tək başına qalmaq və yalnız müalicə olmaq istəyirlər. Lakin təbii ki, biz burdayıq və daim Van Deykin yanında olacağıq. O da bunu bilir ki, həbsdə olan ərini gözləyən qadın kimi biz də onu gözləyəcəyik. Edə biləcəyimiz tək şey bu çətin dövrü onun üçün yüngülləşdirməkdir".