"Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin COVID-19 testinin nəticəsi neqativ olsa da, ulduz futbolçu karantinə alınıb.

Offsideplus.az Sun-a istinadən xəbər verir ki, "Derbi Kaunti" klubunda çıxış edən Runi hazırda karantindədir. Buna səbəb ingiltərəli ulduz futbolçunun koronavirusa yoluxmuş şəxslə görüşməsi olub. 

Koronavirus testi pozitiv olan biznesmen Coş Berdsli ötən həftənin Cümə axşamında yoldaşı və ailəsiylə yaşayan Runini ziyarət edib. Bundan bir gün sonra isə 34 yaşlı futbolçu "Uotford"a qarşı matçda iştirak edib.

Bu səbəbdən Ueyn Runi də daxil olmaqla, "Derbi Kaunti" və "Uotford"un matçda iştirak edən heyətinin yenidən koronavirus testindən keçəcəyi gözlənilir.