İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, dünən baş tutan "Liverpul" - "Everton" matçında müdafiəçi Vircil van Deyk zədələnib. Niderlandlı ulduz oyunçunun dizinin çarpaz bağları qırılıb. Van Deykin 7-8 aylığına yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, "Everton"un qapıçısı Cordan Pikford səbəb olduğu itkiyə görə sosial mediada hər kəsdən üzr istəyib.