"Real"ın baş məşqçisi Zinəddin Zidan Pol Poqba sevdasından əl çəkənə oxşamır.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, fransız mütəxəssis kral klubunda qalacağı halda Poqbanın keçidi yayda baş tutacaq. Bunun üçün ilk növbədə futbolçunun agenti Mino Rayola ilə münasibətləri pozmamaq gərəkdir. "Mançester Yunayted" təcrübəli futbolçu ilə yeni müqavilə bağlamaq istəsə də, Pol bunda maraqlı deyil. "Qırmızı şeytanlar"ın futbolçusuna görə "Real"dan 114 milyon avro tələb etməsi səbəbkarın xoşuna gəlməyib.