Mesut Özilin "Arsenal"dakı gələcəyi qeyri-müəyyən qalmaqdadır.

Klub rəhbərliyi adı Avroliqanın iştirak ərizəsinə salınmayan təcrübəli futbolçu ilə yolları müəyyən vəsait qarşılığında ayırmaqda maraqlı olsa da, Özil bundan imtina edir. Səbəbkar konkret şərt qoyub: 14 milyon avro verin gedim.

Offsideplus.az The Athletic-ə istinadən xəbər verir ki, "Arsenal" rəhbərliyi sentyabrda Özilə 8 milyon avro ödəyiblər? Bu nəyin puludu? Kluba göstərdiyi sadiqliyin mükafatı. Başbilənlər bu yola əl atmaqla "10 nömrə"nin "saqqızını oğurlayacağını" düşünür. Məsut isə hələ də susur.

Ünlü sima martdan bu yana oynamasa da, onu heyətində görmək istəyənlərin sayı kifayət qədərdir. Səubiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Özilin izinə düşüb. Hətta ona görə "Arsenal"a 5 milyon avro ödəmək istəyindədir. Futbolçunun özünə də yaxşı sərfəli məbləğ təklif etməyi düşünürlər. Di gəl, Almaniya yığmasının üzvü müqavilə müddətinin son gününə qədər "Arsenal"da qalmaq niyyətindədir.