"Arsenal" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün bəzi futbolçularını sifariş etməyib.

Offsideplus.az xəbər verir ki, Məsut ÖzilSokratis Papastatopulos qrup mərhələsində iştirak etməyəcək.

UEFA artıq "Arsenal"ın 25 nəfərlik heyətinin iştirakını təsdiqləyib və Özil və Sokratis bu oyunçular arasında deyil. 

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsində "Arsenal"ın rəqibləri “Rapid”, “Molde” “Dandolk” klublarıdır.