Arsen Venger "Arsenal" klubunda keçirdiyi 22 ildən sonra nəhayət 2018-ci ildə klubdan ayrılıb. Hazırda FİFA üçün çalışan mütəxəssis bununla da 34 illik baş məşqçi karyerasına son verib.
Offsideplus.az xəbər verir ki, Arsen Venger futbol qaydalarında dörd əsaslı dəyişikliklərin olunmasını gərəkdiyini açıqlayıb. Bunlardan biri oyundan kənar vəziyyət ilə bağlıdır. Belə ki, təcrübəli mütəxəssis hücumda olarkən qol vuran bədən üzvü oyundan kənar vəziyyətdə olsa da, oyunçunun offsayda düşməməsi fikrini irəli sürüb.
Bundan əlavə, Venger, oyunçuya sərbəst vuruşu tez bir zamanda oynamaq imkanı verməyi də qeyd edib.
Topu oyuna daxil etmə qaydalarında da dəyişiklik istəyən mütəxəssis, matç bitmədən 5 dəqiqə öncə topu oyuna mərkəzdən yox, sərbəst atışla daxil etməyin əlverişli olduğunu qeyd edib. Belə ki, mərkəzdən başlayanda 10 rəqib futbolçu ilə qarşılaşır və adətən top itirilir.