"Çelsi" klubunda daha bir ayrılıq yaşanmaq üzrədir.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, London təmsilçisinin "maestro"su adlandırılan Jorjinyo Frello "zadəganlar"ın əzəli rəqibi "Arsenal"la danışıqlar aparır.

Keçidin transfer pəncərəsinin bağlanmasına qədər həll ediləcəyi bildirilir.

Buna səbəb kimi isə 28 yaşlı italiyalı yarımmüdafiəçinin Frenk Lempardın əsas "11-liy"indən kənarda qalmasıdır. Baş məşqçi görüşlərdə onun əvəzinə gənc Roz Barkliyə daha çox güvənir.

Qeyd edək ki, Jorjinyo 2018-ci ildə Mauritsio Sarrinin "Çelsi"yə gəlişi ilə "Napoli"dən bu kluba transfer edilib.