"Mançester Siti"də artıq üçüncü futbolçu koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, alman oyunçu İlkay Gündoğanın koronavirus testi pozitiv çıxıb. Gündoğanın da koronavirusa yoluxmasından sonra "Mançester Siti" "Vulverhempton"a qarşı oyunda 3 əsas oyunçusunun xidmətlərindən məhrum qalıb.
Xatırladaq ki, "Mançester Siti" ayın əvvəlində Riyad Mahrez və Aymerik Laportenin koronavirusa yoluxduğunu açıqlamışdı.