"Roma" klubunun türkiyəli futbolçusu Çingiz Ündərin yeni klubu bəlli olub.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı sağ cinah oyunçusu "Lester Liti" klubuna keçib.
Ündər Premyer Liqa təmsilçisinə icarə əsasında keçib.
O, yeni klubunda ilinə 3,5 milyon avro qazanacaq.
"Tülkülər" onu birdəfəlik satınalma bəndi ilə icarəyə götürüblər.