"Arsenal" klubunun məşhur oyunçusu ilə imzalayacağı yeni müqavilənin dəyəri bəlli olub.

Offsideplus.az xəbər verir ki, Pyer-Emerik Obameyanq "Arsenal" ilə daha üç il müqavilə imzalaya bilər. Yeni müqavilənin dəyəri 55 milyon funt sterlinq (70 milyon dollar) olacaq. 

31 yaşlı oyunçu həftəyə 350 000 funt sterlinq, bonus olaraq isə 250 000 funt sterlinq alacaq.