İngiltərənin "Arsenal" klubu futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, "topçular" qabonlu hücumçu ilə sözləşmənin müddətini 2023-cü ilədək uzadıb.

Qeyd edək ki, Obameyanq "Arsenal"a 2018-ci ildə Dortmund "Borussiya"sından keçib.