Bu il etdiyi transferlərlə özündən söz etdirən "Çelsi" daha bir keçidi həll edib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi Fransanın "Renn" klubunda çıxış edən Eduard Mendi ilə razılıq əldə edib.
28 yaşlı seneqallı qapıçı bu günlərdə Londona gələrək tibbi müayinədən keçəcək.
Onun transferinin önümüzdəki həftə ərzində rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Çelsi" hazırki əsas qapıçısı Kepa Arrisabalaqanı klubda saxlamaq niyyətində deyil.