“Arsenal” hücumçusu Per Emerik Obameyanqla müqaviləsıni yeniləməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "topçular" 31 yaşlı futbolçu ilə uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir.
Belə ki, London klubunun baş məşqçisi Mikel Arteta oyunçunu komandada qalmağa razı salıb. Rəhbərliyin qabonlu hücumçu ilə 3 illik müqavilə bağlayacağı bildirilir.
Xatırladaq ki, Obameyanq ötən mövsüm komandanın ən yaxşı oyunçusu seçilib.