Xames Rodriqezin "Everton" klubuna transferi başa çatıb.

Offsideplus.az xəbər verir ki, "Everton" yarımmüdafiəçi üçün "Real Madrid"ə 22 milyon funt sterlinq ödəyib. Xames Premyer Liqa klubunda iki il və bir il daha uzadıla bilmə şərti ilə oynayacaq.

Beləliklə, Xames Rodriqez Karlo Ançelottinin rəhbərliyi altında üçüncü dəfə çıxış edəcək. Kolumbiyalı yarımmüdafiəçi 2014-cü ildə "Monako"dan Ançelottinin baş məşqçilik etdiyi "Real Madrid" klubuna transfer olmuşdu. 2017-ci ildə "Real Madrid" Xamesi "Bavariya"ya icarəyə vermiş və ikinci dəfə Ançelottinin rəhbərliyi altında çıxış etmişdir.