İngiltərə klubu "Nyukasl Yunayted" heyətinə yeni oyunçu qatıb.

Offsideplus.az xəbər verir ki, "Nyukasl Yunayted" "Bornmut"un hücumçusu Kallum Uilsonu transfer edib. Klubdan verilən açıqlamada oyunçu ilə 4 illik müqavilə imzaladıqları bildirilib. "Nyukasl Yunayted" Kallum Uilson üçün "Bornmut"a 20 milyon funt sterlinq ödəyib.

2014-cü ildən "Bornmut" klubunda oynayan Kallum ötən mövsüm 39 matça çıxıb və 9 qol vurub.