“Çelsi” klubunun fransalı futbolçusu Nqolo Kante gələcəyi ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı dayaq yarımmüdafiəçisi “zadəganlar”dan ayrılmaq niyyətində deyil və yeni mövsümdə start heyətindəki yerini qorumaq istəyir.
Qeyd edək ki, 2016-cı ildən “Çelsi”də çıxış edən Kantenin müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Əlavə edək ki, onunla İtaliyanın "İnter" klubu yaxından maraqlanır.