Premyer Liqa klubu "Everton"un baş məşqçisi Karlo Ançelotti Xames Rodriqezin transfer edilməsi üçün danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, Ançelotti 3-cü dəfə kolumbiyalı oyunçu ilə eyni klubda çalışmağın astanasındadır. Uzun müddətdir ki, adı "Qalatasaray"la birgə çəkilən Xames "Everton"un maraq dairəsindədir. Xames Rodriqezin Premyer Liqa klubu ilə razılığa gəldiyi və "Real Madrid"dən birbaşa transferinin gerçəkləşdiyi qeyd olunur.

2014-cü ildə "Real Madrid"ə transfer olan Xames 2017-ci ildə Ançelottinin baş məşqçisi olduğu "Bavariya"da icarə əsasında çıxış edib.