“Liverpul”un futbolçusu Əmrə Canın durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XXXI turunun “Uotford”la görüşündə (5:0) zədə alan 24 yaşlı yarımmüdafiəçi mövsümü vaxtından əvvəl qapaya bilər.
Bel nahiyəsində ağrılar hiss edən Canın bərpa prosesi 2 aya yaxın sürəcək. Belə olan halda Almaniya millisinin üzvünün Rusiyada keçiriləcək dünya çempionatına yollanacağı sual altındadı.
Qeyd edək ki, Əmrə Can cari mövsümdə 37 oyunda 6 qol vurub.