“Mançester Siti” “Napoli”nin müdafiəçisi Kalidu Kulibali üçün 57 milyon funt sterlinq (75 milyon dollar) təklif edib.

Offsideplus.az xəbər verir ki, “şəhərlilər” oyunçu üçün əlavə ödəmələr etməyə hazırdır, lakin İtaliya nəhəngi böyük ehtimalla, transferin minimum məbləğini 63 milyon funt sterlinq (82 milyon dollar) civarında müəyyən edəcək.

Qeyd edək ki, Pep Qvardiola Natan Ake və Ferran Torresi artıq “Mançester Siti” heyətinə əlavə edib və növbəti transferin Kulibali olacağı gözlənilir.