21 yaşlı qanalı oyunçu Premyer Liqa təmsilçisi “Southempton” klubu ilə 4 illik müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, klubun meneceri Ralf Hassentul Məhəmməd Salisunun transferi sayəsində “Müqəddəslər”in növbəti mövsüm güclənəcəyini deyib.
“Bizim üçün bu müqavilə çox vacibdir, Məhəmməd klubun profilinə çox uyğundur. O gənc və böyük potensiala sahibdir, lakin eyni zamanda bizim oyun tərzimizə uyğunlaşıb kluba kömək edə biləcək”, - deyə bildirib.
Qeyd edək ki, mərkəz müdafiəçisi “Valyadolid”dən 10,9 milyon funt sterlinqə (14 milyon dollar) transfer olunub.