Fransalı yarımmüdafiəçi Paul Poqba müqaviləsinin bitmə müddətinə bir il qalmış “Twitter” hesabındakı paylaşımı ilə azarkeşləri həyəcanlandırıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi “SABAH” sözünü yazaraq Çərşənbə günü açıqlama edəcəyini bildirib.

“Mançester Yunayted” tərəfdarları 27 yaşlı oyunçunun gələn mövsüm klubda qalacağı ilə bağlı son təkliflərdən sonra müqavilənin uzadılmasının təsdiqlənəcəyinə ümid edirlər.

Poqbanın “Qırmızı şeytanlar”la müqaviləsi 2021-ci ildə başa çatmasına baxmayaraq klubun oyunçu ilə müqaviləni daha bir il uzatmaq imkanı var.

Qeyd edək ki, zədə səbəbindən bu mövsüm bütün yarışlar çərçivəsində 21 oyuna çıxan Poqba, yalnız bir qol vurub.

117591849 1103934793342031 6222495150965193798 n