"Çelsi" klubunun braziliyalı ulduzu Villian Borqeş komandasından ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı braziliyalı cinah yarımmüdafiəçisi özünün "instagram" hesabında paylaşım edib.

O, azarkeşlərə təşəkkürünü bildirib və sabiq klubuna uğurlar arzu edib.

Qeyd edək ki, Villian 2013-cü ildə Mahaçkala "Anji"sindən "Çelsi"yə transfer edilmişdi.

Əlavə edək ki, futbolçunun "Arsenal"la anlaşdığı bildirilir.