İngiltərənin "Mançester Siti" klubu yeni mövsümün transfer hazırlıqlarına başlayıb.
Offsideplus.az xəbər verir ki, klubun ilk transferi "Valensiya"dan Ferran Torres olub. Tərəflər 5 illik müqaviləni razılaşdırıblar.
"Şəhərlilər" 20 yaşlı futbolçu üçün 27 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, "Valensiya" forması ilə 44 oyuna çıxan ispan futbolçu 6 qol, 8 assistlik perfomans göstərib.