"Çelsi" ilə olan müqaviləsi başa çatan Villian İngiltərənin digər klubu "Arsenal"la anlaşmağa yaxındır.
Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, "Çelsi" ilə Villianın yeni müqavilə danışıqları braziliyalının 3 illik saziş istəməsi səbəbindən dayandırılıb.
Xəbərdə futbolçunun "Arsenal"la anlaşmaq üzrə olduğu bildirilib.
Qeyd edək ki, Villian 2013-cü ildə "Anji"dən "Çelsi"yə transfer olunub. 31 yaşlı oyunçu son mövsümdə 34 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.