"Çelsi" klubunun "Leypsiq"dən transfer etdiyi yeni hücumçusu Timo Verner açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı forvard "Çelsi"yə gəlməkdən məmnunluğunu bildirib:
"Baş məşqçi Lempard əsas məsələ idi. Biz çox şey barədə danışdıq. Sistem haqqında, necə oynamaq istədiyi haqda və mənim onun sisteminə necə uyğun olduğum haqda. O, çox yaxşı insandır və mənə kömək etmək istəyir. Burada olmaqdan məmnunam. Keçmiş klubumdan getmək qərarı aldığımda və "Çelsi" kimi böyük kluba gəlmək, bu mənim üçün gerçəkləşən bir xəyal idi çünki "Çelsi" çox böyük klubdur. Çempionlar Liqasını qazanarkən, B4 oyunçularının əməyini bilirəm. Çex, Lempard, droqba kimi oyunçular burada əfsanədirlər. Onlar kimi eyni olmaq istəmirəm amma bu klubun bir hissəsi olmaq istəyirəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm. "Çelsi" üçün çox qol vurmağa çalışacam. Bura transferimin ən böyük səbəbi də budur. "Leypsiq"də vurduğum qollara burada davam etmək və daha çox qol vurmaq".