“Liverpul”dan ayrılan Adam Lallananın yeni klubu Premyer Liqanın digər təmsilçisi “Brayton” olub.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı ingilis müdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, “Brayton”da 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Sauthempton”un yetirməsi olan Lallana, “Liverpul”da 2014-cü ildən çıxış edirdi.