İngiltərə Premyer Liqasını çempion kimi tamamlayan "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərədə "ilin məşqçisi" seçilib.

 Offsideplus.az xəbər verir ki, İngiltərə Məşqçilər Birliyinin açıqlamasında məşqçilər arasında keçirilən səsvermədə "Liverpul"u 30 il sonra çempion edən alman mütəxəssisin birinci seçildiyi qeyd olunub.

"Lids Yunayted"i 16 il fasilədən sonra Premyer Liqaya yüksəldən Marselo Bielsa isə Çempionşipdə ilin ən yaxşı məşqçisi adına layiq görülüb.