“Lester” klubunda 2019/20 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu, "tülkülər"in əsas hücumçusu Ceymi Vardidir. 33 yaşlı forvard“Lester”in azarkeşləri və futbolçuları arasında keçirilən səsvermədə qalib gəlib.
Qeyd edək ki, Vardi İngiltərə Premyer Liqasında 37 turdan sonra 23 qolla bombardirdir.