“Everton”nun türk futbolçusu Cenk Tosun klubun saytına açıqlama verib.

 

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu “Everton”da 14 nömrəli formanı seçməsinin səbibini açıqlayıb.

O, “Arsenal”ın əfsanəvi futbolçusu Tyerri Anrinin də 14 nömrəylə çıxış etməsi səbəbi ilə bu qərarı verdiyini deyib.

Xatırladaq ki, Türkiyə millisinin üzvü qış transfer pəncərəsində 22 milyon avroya “Beşiktaş”dan “Everton”a keçmişdi.