“Tottenhem” klubunun futbolçusu Dele Alli zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, zədə səbəbindən London təmsilçisinin son 5 oyununu buraxan futbolçu sıralara dönüb.

Klubun baş məşqçisi Joze Mourinyo Allinin son bir həftədə məşqlərdə iştirak etdiyini və Premyer Liqanın son turunda keçiriləcək “Kristal Pelas”la oyunda meydana çıxa biləcəyini bildirib.