Son İngiltərə çempionu "Liverpul"un heyətində ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın 32 yaşlı yarımmüdafiəçisi Adam Lallana komandanı tərk edib.

"Liverpul" sözügedən futbolçu ilə başa çatan müqavilənin müddətini artırmayıb. 

"Goal.com"un əldə etdiyi məlumata görə, futbolçu digər Premyer Liqa təmsilçisi "Brayton"la anlaşıb.

Qeyd edək ki, Lallana 2014-cü ildən "Liverpul"da çıxış edirdi.