“Arsenal” klubu ağır itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Şkodran Mustafi zədələnib.
İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində keçirilən “Mançester Siti” ilə oyunda (2:0) sıradan çıxan futbolçunun əzələsindən zədələndiyi qeyd edilib.
Almaniyalı futbolçu sabah Premyer Liqa çərçivəsində "Uotford" və avqustun 1-də "Çelsi" ilə Federasiya Kubokunun final matçında iştirak edə bilməyəcək.